
Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Çin “Mərkəzi Asiya – Çin” formatında xarici işlər nazirlərinin altıncı görüşünün yekunları üzrə Mərkəzi Asiya – Çin arasında çoxtərəfli qarşılıqlı əlaqələrin arxitekturasının təkmilləşdirilməsi üzrə təklifləri müzakirə ediblər və qarşılıqlı faydalı inkişaf üçün addımları razılaşdırıblar.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Görüş iştirakçıları bu format çərçivəsində mehriban qonşuluq, davamlı inkişaf və çoxtərəfli qarşılıqlı əlaqələrin dərinləşdirilməsi prinsiplərinə ümumi sadiqliklərini vurğulayıblar.
Bundan əlavə, onlar bu formatda müntəzəm görüşlər keçirməyə hazır olduqlarını ifadə ediblər. Eyni zamanda, qlobal çağırışlar şəraitində konstruktiv dialoqu davam etdirməyin əhəmiyyətini qeyd ediblər.
Tərəflər, həmçinin müasir çağırışlara balanslaşdırılmış yanaşmaların zəruriliyini vurğulayıb və qarşılıqlı faydalı inkişaf yolunda addımları razılaşdırıblar.