Mərkəzi Afrika Respublikasının şimal-qərbindəki Uam-Pendezon bölgəsində bombanın partlaması nəticəsində BMT-nin üç sülhməramlısı həlak olub.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, naməlum silahlı qrup bölgədəki Kaita kəndi yaxınlığında patrul xidmətində olan BMT sülhməramlılarına basqın edib.

Hücum nəticəsində BMT-nin sülhməramlı kontingentindən üç Banqladeş əsgəri həlak olub.

İstinadlar Report