Almaniya kansleri Angela Merkel yanvarın 24-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert brifinqdə bildirib.

“Davosa səfərinin ardından kansler yanvarın 24-də İstanbula yola düşəcək. Orada Türkiyə prezidenti Ərdoğanla danışıqlar aparılacaq”, – o deyib.

A.Merkelin səfər proqramına Ərdoğanla birlikdə Alman-Türk Universitetinin yeni şəhərciyinin açılışı, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.

İstinadlar Report