Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa İttifaqına üzv olması üçün 72 şərt icra etməli olduğunu deyib.

Alman hökumət rəhbəri yalnız bundan sonra Türkiyə vətəndaşlarının sadələşdirilmiş viza rejimindən faydalana biləcəyini deyib.
“Bu şərtlər hələ ki, icra olunmayıb. Şərtlərin icra olunması üçün əlimizdən gələni etdik lakin Türkiyə qarşılıq vermədi” – deyə Merkel bildirib.
Xanım siyasətçi antiterror qanunvericiliyində və Avropaya miqrant axını məsələsində Ankara ilə ziddiyyətlərin olduğunu etiraf edib.