Almaniyanın keçmiş kansleri Angela Merkelin ən məşhur bənzəri Ursula Vanetskinin hakimiyyət dəyişikliyindən sonrakı aqibəti bəlli olub.

“Bild” qəzetinə danışan Vanetski Merkel hakimiyyətdən getdikdən sonra təqaüdə çıxdığını deyib. 

Polşada anadan olan Vanetski “əsl” Merkeldən iki yaş kiçikdir. Kanslerin 16 il rəhbərlik etdiyi hökumət dəyişikliyindən bir neçə həftə sonra bənzəri də istefaya getməyə məcbur olub. 

Qadın müntəzəm olaraq bayramlarda və korporativ partiyalarda, həmçinin televiziya şoularında çıxış edirdi.

İstinadlar Qafqazinfo