ABŞ-ın Merilənd ştatının Betesa şəhərində yerləşən hərbi baza bomba təhlükəsi üzündən bağlanıb.

Bu barədə qurumun tviter səhifəsində məlumat paylaşılıb:

“Təqribən saat 08.45-də 10-cu binada və ya yaxınlığında bomba olmasına dair naməlum mənbədən telefon zəngi daxil olub. Təhlükəsizlik heyəti əraziyə cəlb edilib. Baza qapadılıb. İctimaiyyətdən həmin yerdən uzaq olmaq xahiş olunur”.

İstinadlar Report