“Azərbaycan öz ərazisini işğaldan azad etməklə, ümumilikdə beynəlxalq hüququn prinsip və normalarını reallaşdırıb”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, AŞPA-nın vitse prezidenti Aleksandr Merejko bildirib.

“Çünki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Azərbaycan da sadə dildə desək, bu qətnamələrin tələblərini reallaşdırıb. Burada heç bir problem yoxdur. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğala son qoyulub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, – o deyib.

İstinadlar Report