
Mərakeş və İraqın xarici işlər nazirləri Naser Burita və Fuad Huseyn Rabatda keçirilən görüşdə bir sıra aktual regional məsələləri, o cümlədən Suriyada hakim rejimin dəyişilməsindən sonra vəziyyəti müzakirə ediblər.
“İki tərəf arasında danışıqlar Suriyanın ərazi bütövlüyü və milli suverenliyinə, eləcə də Suriya xalqının birliyinə hörmət məsələsi ilə bağlı fikirlərin üst-üstə düşdüyünü üzə çıxarıb”, – məqalədə qeyd edilir.