Alboran dənizinin Mərakeş sahillərində qayığın batması nəticəsində 22 nəfər ölüb.

Qayıqdakı mühacirlər Mərakeşdən İspaniyaya gedirmişlər.

Mərakeşin Alhucemas şəhəri sahillərindən yola düşən qayığın göyərtəsində 49 mühacir olub. Onların 27-si Nador-Motril istiqamətində səfər edən kater tərəfindən sağ xilas edilib. Həmin mühacirlərdən 6-nın səhhəti pisləşdiyi üçün Almera şəhərindəki xəstəxanaya aparılıb, qalanları isə katerlə Motril limanına çatdırılıb.

İstinadlar Report