
Mərakeş Kral Donanmasının patrul gəmisi Atlantik okeanında 196 qeyri-qanuni miqrantı daşıyan qayığı aşkarlayıb.
Bu barədə “Maghreb Arab Press” məlumat yayıb.
Qeyd olunub ki, miqrantları Kanar adalarına (İspaniya – Qeyd) aparan gəmi okeanda çətinliklə üzləşib. Qayıqda həmçinin miqrantlardan birinin cəsədi də aşkar edilib.
Bütün miqrantlara lazımi köməklik göstərilib, bundan sonra onlar Daxla limanında jandarma əməkdaşlarına təhvil verilib.