Mərakeş hökuməti krallığın müxtəlif şəhərlərində 21 mədinədə (orta əsr məhəllələrində) bərpa layihələrinə 800 milyon dollardan çox vəsait xərcləyib.

Bunu baş nazir Əziz Ahennuş Rabatda Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “qədim mədinələr krallığın maddi və humanitar irsini təmsil edir”. Bundan başqa, iqtidar Mərakeşin müxtəlif bölgələrində yerləşən qədim qalaların (qəsəbə) və möhkəmləndirilmiş yaşayış məntəqələrinin (qəsr) bərpası və abadlaşdırılması proqramı həyata keçirir.

İstinadlar Report