Türkiyə və Azərbaycanda faəliyyət göstərən Bayraktar Qrup Sağlıq Turizmi Şirkətinin baş icraçı direktoru Emine Esra Bayraktar “Qafqazinfo”ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Bayraktar Qrup Sağlıq Turizmi Şirkəti nə vaxt qurulub? Azərbaycanda nə vaxtdan fəaliyyət göstərir?

– Bayraktar Qrup Sağlıq Turizmi Şirkətinin əsası 2022-ci ilin dekabrında Türkiyədə qoyulub. 2023-cü ilin fevralında ilk Azərbaycan şöbəmiz fəaliyyətə başlayıb.

– Hansı xidmətləriniz var?

– Səhiyyənin bütün sahələrində xidmət göstəririk: check-up, saç əkimi, ağız və diş sağlamlığı, bütün estetik xidmətlər, piylənmənin müalicəsi, boy uzatma, orqan nəqli, onkoloji, süni mayalanma, nevroloji, uroloji, ürək və damar xəstəlikləri, ginekoloji, ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi və beyin cərrahiyyəsi.

– İstanbul şəhərində yeni klinika açdınız. Orada hansı xidmətlər göstəriləcək?

– “Big Group Clinic” İstanbulda check-up xidmətləri göstərməyə başlayıb. “Big Group Clinic”in yaradılmasının məqsədi xəstələri əvvəlcə kilinikaya dəvət edərək, ilkin diaqnostik testləri edib, sonra lazımi daxili şöbələrə yönləndirməkdir. Bu yolla pasiyentlərimiz maddi və mənəvi zərər çəkmədən, birbaşa müalicə almaq imkanı əldə edəcək. Müalicə dövrü və sonrakı müddətdə “Big Group Clinic”in həkimləri Azərbaycandan gələn xəstələrimizi kontrol edəcəklər. Türkiyədə ən doğru, uyğun qiymətlərlə müalicə olunmaq istəyən xəstələri “Big Group Clinic”də gözləyirik.

– Bakıdakı ofisinizə müraciət edən xəstələr hansı prosedurlardan keçəndən sonra Türkiyəyə göndərilir?

– Pasiyentlər Türkiyəyə gəlməzdən öncə bütün müalicə mərhələləri və onları müalicə edəcək həkimlər haqqında məlumat alırlar. Bütün lazımi müraciət prosedurları burada edilir, Türkiyəyə gələcəkləri gün müəyyənləşdirilir, randevu qeydiyyata alınır.

İstanbuldakı ofisimiz qonağımızı hava limanında qarşılayır və “Big Group Clinic”ə gətirir. Bax indi əmin əllərdəsiniz. Əvvəlcə sizi check-up-dan keçiririk. Nəticəyə görə uyğun müalicə proqramı yazılır və ya lazımi sahə üzrə həkimə yönləndiririk. Bu formada ən tez və uyğun şəkildə səhhətinizi qoruyuruq və ya yaxşılaşmağınızı təmin edirik. Bu müddətdə 7/24 tərcüməçi dəstəyi ilə bir zəng qədər yanınızda oluruq. Müalicəniz bitəndə sizi hava limanınadək müşayiət edirik. Dərman cədvəli və ya suallarınız üçün həkimlərimiz sizinlə əlaqəyə davam edir.

– 13-14 yanvar tarixlərində Bakı şəhərində sizin təşkilatçılığınızla konfrans keçiriləcək. Bu barədə nə danışa bilərsiniz?

– Bayraktar Qrup Sağlıq Turizmi Şirkəti Bakıda 2-ci konfransını 13-14 yanvar tarixlərində qastroloji və hepatoloji sahədə keçirəcək. Azərbaycan Səhiyyə Nazirliyi və TƏBİB-lə ortaq layihəmiz olan konfranslarla, iki qardaş ölkə olaraq, Azərbaycan həkimləri və vətəndaşlarına səhiyyə sahəsində faydalı ola bilməyin xoşbəxtliyini yaşayırıq. Türkiyədən məruzəçilər qismində prof. Dr. Ümit Koç (qastroloji sahədə), prof. Dr. Ayhan Dinçkan (hepatoloji sahədə) və Azərbaycandan məruzəçi həkimlərin iştirak edəcəyi konfransımızın birinci günü “Four Seasons Hotel”də, ikinci günü isə master-klass şəklində “Yeni Klinika”da baş tutacaq. Məqsədimiz konfransa qatılan həkimlərə inkişaf edən müasir tibbi metodları izah etmək, onların daha da inkişafına vasitəçi olmaqdır. Türkiyənin ən yaxşı professolarından dəstək alacaq iştirakçı həkimlərin mövzularla bağlı danışmaq imkanı da var. 

-Bildiyimə görə, bundan sonra daha bir konfransınız olacaq…

-Bəli, Bayraktar Qrup Sağlıq Turizmi Şirkətinin təşkil etdiyi konfranslardan üçüncüsü plastik cərrahiyyə sahəsinə həsr olunacaq. Bu konfrans yanvarın 17-də “The Ritz-Carlton, Baku”da keçiriləcək. Türkiyədən məruzəçi olaraq Dr. Orhan Fahri Demir və Azərbaycandan məruzəçi olaraq Dr. Vaqif Qələndər, Dr. Əbdüləli Əliyev və Dr. Səbuhi Əbilov iştirak edəcəklər. Konfrans əsnasında əməliyyatsız, inyeksiya ilə üzgərmə prosedurunun təqdimatı olacaq.

– Daha hansı konfranslarınızın keçirilməsi gözlənilir?

– Bizim konfranslarımız Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində keçirilməkdə davam edəcək və bu barədə iştirakçılara 2 ay əvvəlcədən bildiriləcək. Bayraktar Qrup Sağlıq Turiziminin elmi konfranslarında iştirakçılar sertifikatlar və akkreditasiya balları alacaq. Hazırda biz ümumi cərrahiyyə, ginekologiya və endokrinologiya sahələrində yeni konfranslar keçirməyi planlaşdırırıq. Təşkil etdiyimiz konfransları qaçırmamaq üçün Azərbaycan həkimlərini bizim elanlarımızı izləməyə dəvət edirəm.

Hüseyn Məmmədsalahov


İstinadlar Qafqazinfo