“Qardaş Türkiyədə, İstanbul Atatürk Havalimanında baş verən və çoxlu insan tələfatı ilə nəticələnən terror aktını lənətləyir, türk bacı və qardaşlarımıza dərin hüznlə başsağlığı verirəm. Allah bütün terrorçulara, sifariş edən və yerinə yetirənlərə lənət etsin. Bu ağır gündə Türkiyənin yanındayıq. Əfsuslar olsun ki, dərdlərini azaltmağa, məlhəm olmağa söz deməkdən başqa çarəmiz yoxdur”.

Bunu yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Türkiyədə törədilən terror aktına münasibətini bildirib. Sədr qeyd edib ki, bu xain və alçaq terror aktını törədənlər Türkiyənin zəifləməsinin, ərazi itirməsinin və zəif bir dövlətə çevrilməsinin planını quranlardır:
“Onlara ən sərt cavab Türkiyənin sınmaması, başını daha da dik tutması və daha da güclənməsi olacaq”. (Qafqazinfo)