Paytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olması müəyyən edilərək saxlanılıb.

Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

İstinadlar Qafqazinfo