Gəncədə mənzildən qadın meyiti tapılıb.

Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Süleymanova Yaqut Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo