Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb.

Bakının Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Kilisova Aqasiya İlariovnnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.