Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Mammad Amin Resulzade” adlı gəmi Liberiya bayraqlı “Doric Warrior” gəmisi ilə toqquşub.

Bu barədə Mənsimov özü sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub:

“Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Məsələni sonuna qədər araşdıracağıq. “Rəsulzadə” gəmisinə çarpan gəmi ondan on dəfə böyük olsa da, gəmimiz batmadı”.



İstinadlar Qafqazinfo