Plan pozulanda alternativ və çox təhlükəli ssenarilər ortaya çıxır ki, bunu dəf etmək də ciddi problemə çevrilir. Bu gün hər birimiz bu planları reallaşdırmaq üçün neçə-neçə beyin mərkəzləri, analitik qrupların fəaliyyətə keçdiyinin şahidiyik. Böyük Britaniyanın baş naziri, əfsanəvi lideri Uinston Çörçilin vaxtilə “əsrin xəstəliyi” adlandırdığı “kommunizm”i bu gün FETÖ-nün timsalında görürük və eyniləşdirmək mümkündür. Bu xəstəlik Azərbaycan və Türkiyənin başı üzərində “Domokl qılıncı” kimi asılmış vəziyyətdədir – dağıdılıb məhv edilsə də, alaqotu kimi qalmaqdadır. Bəli, fəaliyyətdədir, can versə belə. Hər vəchlə də çirkin, məkrli planını reallaşdırmaqdadır. Amerikadan idarə olunan şəbəkə daha çox Ankara və Bakıda şəbəkəsini yenidən bərpa etmək niyyətindədir. Birində “aşpaz” ləqəbli Mənsimov, digərində “iqtisadçı” Qubad İbadoğlu vasitəsilə. Şükürlər olsun ki, hər ikisinin intellekti məkrli planlarını çirkin arzularını reallaşdırmağa imkan vermir. Lakin necə deyərlər, milçək bir şey deyil, ancaq könül bulandırır. Həbsi ətrafında şou yaradılan Qubad İbadoğlunun FETÖ ilə bağlılığı haqda dəfələrlə yazılıb, iddialar ortaya atılıb. Azərbaycan dövlətinə qənim kəsilən müxtəlif marginal qüvvələrin lideri kimi yanında olan anti-Azərbaycan, anti-türk düşüncəli adamları ətrafında birləşdirib. Yanında duranlar arasında Mübariz Mənsimovun olması da təbiidir. Vaxtilə FETÖ ilə əməkdaşlıq ittihamı ilə həbs olunub. Mağara təfəkkürlü bu insan ikiüzlü və qeyri-yektin siyasəti ilə seçilib. Bir vaxtlar Ərdoğanın və Türkiyə hökumətinin ünvanına mədhiyyələr yağdırıb, elə ki, barəsində cinayət işi açılır və məhkəmə qurulur, mövqeyini tam dəyişməsi ilə yadda qalıb. Hər ikisini də bu gün FETÖ ilə birləşdirən dəyərlər mövcuddur.

Bəli, reallıq budur ki, Azərbaycan və Türkiyəyə qarşı zaman-zaman xaricdəki ünsürlər mövcud olan ictimai-siyasi sabitliyi pozmaq və bu iki ölkədə öz məkirli planlarını reallaşdırmağa çalışıb və çalışır da. Dəfələrlə də, bu istiqamətdə arzuedilməz olaylara da şahid olmuşuq. Həmin təxribatçı, pozucu qüvvələrin planları baş tutmaması sevindiricidi. Çünki cəmiyyət, xalq kütlələri pozuculuğa, təxtibata, ölkənin xaos, anarxiyaya sürüklənməsi deyil, məhz sabitliyin davamlı xarakter almasını dəstəkləyiblər. Bu gün Türkiyə və Azərbaycan tək regionda deyil, dünyada çox güclü bir dövlətə çevirilib. Bir tərəfdən Ermənistan və havadarlarının Qarabağda irimiqyaslı təxribatları, özlərini müxalifət kimi qələmə verənlər bir tərəfdən, digər tərəfdən isə FETÖ şəbəkəsi çeşid-çeşid təxribatlarının şahidi oluruq. Böhtan kampaniyasında istifadə edilən metodlar eynilik təşkil edir.

30 il Qarabağda hüquqları tapdalanan, yurdsuz-yuvasız qalan, məcburi köçkün həyatı yaşayan soydaşlarımızı görməyən Qərb dairələri Azərbaycana təzyiqi artırıb. İstəkləri isə konkret faktlar əsasında saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlıdır. Guya onların hüquqlarını müdafiə edir, “tapdalanan haqlarını” qoruyurlar. Əslində Amerikanı maraqlandıran İbadoğlunun həbsi deyil. Əllərinə düşən bu imkandan maksimum yararlanmağa çalışan qüvvələr Qubad İbadoğlunun həbsindən istifadə edib Azərbaycana hücum təşkil edirlər. İndi Qərbdə bu məsələyə öz arşınlarıyla yanaşanların sayı çoxalıb və bu aksiyanın arxasında kimlərin dayanması isə gün kimi aydındır.
Beləliklə, FETÖ terror şəbəkəsi Türkiyə və Azərbaycanda aktivləşib. Qardaş ölkədə indiki iqtidar partiyasının təkrar qələbəsi ilə çirkin planları puç olan FETÖ terror təşkilatı öz emissarlarına “hücum” əmri verib. Təşkilatın çirkin planlarını faş etmək istiqamətində fəaliyyətə keçən iki ölkənin hüquq-mühafizə orqanları bir sıra qalmaqallı həbslər həyata keçirməyə müvəffəq olub. Azərbaycanda əvvəlcə özünü iqtisadşı alim kimi qələmə verən Qubad İbadoğlu FETÖ ilə əlaqə ittihamı üzrə həbs olundu, ardınca da Türkiyədə Fazil İsmayılov soyadlı şəxs həbs olunub Azərbaycana gətirildi. Hələ ki, istintaq gedir və onun gedişində bir çox faktların üzə çıxacağı şəksizdir. Çox güman ki, istintaq gedişində də bir sıra mətləblərə aydınlıq gətiriləcək. Bu işin Türkiyəyə də gedib çıxacağı şəksizdir. Bəlli olduğu kimi, Türkiyə hüquq-mühafizə orqanları bir neçə il əvvəl şübəli yollarla milyonlar qazanan Mübariz Mənsimovu FETO terror təşkilatı ilə əməkdaşlıqda ittiham edərək həbs edib. Qubadoğlu də illər uzunu Mənsimovla sıx əməkdaşlığı ilə tanınıb. Hər iki şəxsin antiazərbaycan qüvvələrin maliyyələşməsində, çirkin ittihamlarla çıxış etmələrinə dair çoxsaylı faktlar mövcuddur. Elə Mənsimovun da Qubadoğlunun həbsindən xeyli “təsirləndiyi” və aktivləşdiyi göz önündədir. Tabeliyində olduğu və yemlədiyi media və siyasiləri çirkin antiazərbaycan fəaliyyə keçməsinə rəvac verib. Sirr deyil ki, illər şübhəli biznesi ilə milyonlar qazanan Mübariz Mənsimovun maliyyə qazanmasında FETÖ-nün əvəzsiz rolu olub və faktlar kifayər qədərdir.

Qubadoğlu-Mənsimov-FETO üçbucağı

Əvvəlcə onun qaranlıq keçmişinə nəzər salaq. İllər uzunu özünü xeyriyyəçi və “Azərbaycana yaxşılıq etmiş kimi” göstərməyə çalışan bu şəxs əlsində bütün həyatı boyu şübhəli fəaliyyəti ilə seçilən biri olub. Türkiyədə çirkli və şübəli biznes fəaliyyətinə məhdudiyyətlər qoyulduqdan sonra qarayaxma və böhran kampaniyasına start verən Mənsimov indi bu yolda heç nədən çəkinmir. Əvvəlki tək nəinki FETO terror qruplaşması ilə, hətta anti-Azərbaycan qüvvələrlə əməkdaşlığa da başlayıb. Bu sırada bu yaxınlarda FETÖ ilə əməkdaşlıq ittihamı ilə həbs olunan Qubad İbadoğlu ilə əlaqəsini də xüsusi qeyd etmək olar. Bu iki şəxsi birləşdirən ümumi dəyərlər və maraqlar var. İlk növbədə də FETO ilə əməkdaşlıq bunları birləşdirir. Məhz hər iki şəxsi də bu dəyərlər birləşdirir. Məlumdur ki, Türkiyə hüquq-mühahizə orqnalsrı bir neçə il öncə Mənsimovu məhz bu itiha üzrə həbs ediblər. Və aparılan araşdırmaların nəticələri də bu əməkdaşlığı təsdiq etdi. Çirki biznesdən məhrum olan Mənsimovun köməyinə yenə FETO və onun rəhbəri Fətullah Gülən gəlib. Bəzi məlumatlara görə, Qubadoğlu və Mənsimov dəfələrlə görüşüb Güləndən aldıqları tapşırıqları, gələcək fəaliyyətlərini müzakirə ediblər. Hər iki şəxsi də məhz Türkiyəyə və Azərbaycana qarşı fəaliyyət birləşdirir. Türkiyədə keçirilən seçkilərdən sonra ümidləri puç olan bu şəxslər fəaliyyətlərini indi Azərbaycana yönldiblər. Xaricdəki anti-Azərbaycan qüvvələrinin maliyyləşdirilməsi də məhz onların birgə fəaliyyətinin nəticəsidir.

Yeri gəlmişkən, Mübariz Mənsimov dəfələrlə Azərbaycanla bağlı müxtəlif iddialar səsləndirərək, biznesində yaranmış problemlərə görə Azərbaycanda müxtəlif şəxsləri ittham etməsi ilə yadda qalıb. Hətta, bir az da irəli gedərək, siyasi iddialarla dolu mesajlar da verməyə start verib. Məhz “Qubadoğlu-Mənsimov” cütlüyü Azərbaycanda FETO-nun kmliyi ilə işbirliyi qurub ölkədə sabitsizlik göstərmək niyyətindədirlər. Əlbətdə hələ ki, istintaq gedir və tam əminliklə demək olar ki, istintaq çox şeyləri ortaya qoyacaq.
Mənsimovun biznesi heç zaman təmiz olmayıb

İllər uzunu özünü Azərbaycanda az qala Hacı Zeynalabdin Tağıyev davamçısı kimi qələmə verməyə çalışmış Mənsimovun biznesi sağlam əsaslara söykənirmi? Əlbətdə ki, yox. Gəlin faktlara nəzər salaq. Əvvəlcə, Azərbaycandakı “Xəzər Lənkəran” futbol klubundan başlayaq. Mübariz Mənsimovun guya xeyriyyəçiliklə məşğul olduğu iddiaları cəmiyyətə sırınırdı. Əslində isə iş adamı futbol klubuna dəstək vermək və xeyriyyəçi görüntüsü yaratmaqla Azərbaycan dövlətinin böyük vergi imtiyazlarından yararlanırdı. Yəni, qazandıqlarının cüzi hissəsini xeyriyyəyə sərf etməklə, daha çox qazanırmış. “Xəzər-Lənkəran” klubu bağlananda “bu stadionu eşşək fermasına çevirəcəm” deyən də Mənsimovdur.

Götürək elə İŞİD-lə əməkdaşlığı. Qərb kəşfiyyatı “Palmali” şirkətinə məxsus tankerlərin İŞİD terror təşkilatının neftini daşıdığı haqqında faktları ortaya çıxarandan sonra Mübariz Mənsimovun biznesinin “qaranlıq üzü” də işıqlanmağa başladı. Azərbaycan və Türkiyə mediasında hələ illər öncə yayılan məlumatlarda da Mənsimovun son illərin qanlı terror təşkilatı olan İŞİD-lə əməkdaşlığı üzə çıxmışdı. Həmin xəbərlər bu gün də bir çox internet resurslarında qalmaqdadır. Araşdırmalardan məlum olur ki, terrorçularla biznes əlaqələrinə məxsus olan Mübariz Mənsimov fəaliyyət göstərdiyi bütün ölkələrdə külli miqdarda vergidən də yayınmağı bacarıb.

Ermənilərin dostu Mənsimov

Mənsimovun ermənilərlə işbirliyini də yada salaq. “Azərbaycan sevdalısı” kimi özünü cəmiyyətə sırımağa çalışan bu şəxs ABŞ-da erməni diasporunun fəal üzvü, biznesmen Levon Termenciyanla ortaqlığını yada salaq. Hətta, Mübariz Mənsimovun Kaliforniyada qeydiyyatdan keçən “Palmali USA” şirkətinin səlahiyyətli nümayəndəsi Levon Termenciyanın oğlu Corc Termenciyan idi. Bu, həmin erməni Termenciyanlar ailəsidir ki, uzun müddət Qarabağın işğalda saxlanılması istiqamətində fəaliyyət göstəriblər və işğal dövründə Azərbaycan torpaqlarındakı separatçılara maliyyə dəstəyi ilə tanınırdılar. Bunu Mübariz Mənsimov da çox yaxşı bilirdi, amma buna rəğmən ermənilərlə ortaq oldu. Çünki bu adam üçün iddia etdiyi kimi, Vətən, millət yox, təkcə biznes maraqları önəmlidir və indi onu danışdıran da məhz biznes maraqlarından irəli gəlir. İstisna deyil ki, erməni Temirciyan Mübariz Mənsimovla ortaqlıqdan qazandığı pulları Qarabağdakı separatçı rejimə göndərib və bu, Mübariz Mənsimovun da işğalçı separatçılara dolayısı ilə dəstək verdiyi deməkdir.

Bəli, Mənsimov xeyriyyə məqsədilə pullar xərcləyə bilər, xəstələrin müalicəsinə və ya tələbələrin təhsilinə yardım edə bilər, vətənpərvər olduğunu deyə bilər. Hər kəsin fikir və söz azadlığı var. Lakin fikirlərlə sözlər gerçəkdən fərqli olanda, vəziyyət birmənalı alınmır. Mübariz Mənsimovun da problemi budur. Hər dəfə açıqlamalarında “Şirkətimdə üçüncü nəsil erməni olsa, dərhal onu qovaram” deyən Mübariz Mənsimov vaxtilə ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termencyanla şərik olub. Məhz birlikdə 2016-cı ildə “Palmali USA LLC” gəmi şirkətini yaradıblar.

İstinadlar Report