Əgər Flinin təhlükəsizliyi təmin olunsa, hər şeyi danışacaq
Bu sözləri ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinin vəkili deyib.
“O, çox şeyi bilir və bunları bir-bir danışmaq istəyir. Lakin bu şərtlər altında nəsə deməsi mümkünsüzdür. Flin haqsız istintaq prosesinə və məhkəməyə qarşı toxunulmazlıq istəyir”, – vəkil bildirib.
Qeyd edək ki, Maykl Flin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşü barədə Ağ Evə lazımı məlumatları ötürmədiyinə görə vəzifədən azad edilib.
Azərbaycan24 sosial şəbəkələrdə