İtkin düşən Şabran rayonunun Xırdaoymaq kənd sakini Dadaşova Ədalət qızı tapılıb.

21 yaşlı qız evdən bilərəkdən getdiyini deyib.

ATV-də yayımlanan “Bizimləsən” verilişinin qonağı olan bildirib ki, evdən qaçmasaydı, məcburi şəkildə ərə veriləcəkdi.

“Məni var-dövlətinə görə 70 yaşlı kişiyə məcburi ərə vermək istədilər”, deyə bildirib.

Qeyd edək ki, Dadaşova 3 ay əvvəl nişanlı olub. Lakin nişanlısı evli olduğu üzə çıxdığı üçün ayrılıblar.

 

İstinadlar Qafqazinfo