Milli Məclisə düşən YAP namizədləri arasında təsadüfi şəxslərin olması da iddia edilir. Məsələn, ən gənc lider namizəd olan Səbinə Xasıyeva. Bu şəxslərin parlamentə düşməsini Siz necə qiymətləndirirsiniz?

– Həmin şəxslərə səs verənlər onların mənsub olduğu partiyanın siyasətini əsas götürürlər. Baxmayaraq ki, mən özüm 4 çağırış Milli Məclisin deputatı olmuşam, mənə səs verənlər də mənə səs vermir, Heydər Əliyev siyasi xəttinə, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərə, sosial layihələrin həyata keçirilməsinə, bu siyasətin davamlılığına səs verirlər. İnsanlar ayrı-ayrı şəxslərə yox, davamlı siyasətə səs verirlər.

– Yəni burada partiyanın rolu namizədlərin özündən üstün tutulur?

– Təbii ki.

– Bəs həmin şəxslər insanların partiyaya olan inamını doğrulda biləcəkmi?

– Heç kim anadan deputat doğulmayıb. Mərhələ-mərhələ öyrənməlidir. Müəyyən dövr keçməlidir. YAP olaraq bizim fərqimiz, əsas resursumuz Azərbaycanda görülən işlər, müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitlik, sosial layihələrin həyata keçirilməsi və s. işlər idi. Bu siyasəti də həyata keçirən partiyanın sədridir. Ona görə də insanlar partiyanın sədrinə, qurucusuna səs verirlər.

 

İstinadlar APA