Azərbaycan 24” saytı məşhur saç koloristi, stilist Pervin Cebrayilova ilə müsahibəni təqdim edir:

– Pərvin xanım, bu sənətə marağınız necə yarandı?
–  Əslində mən diplomat olmaq istəyirdim və bu üzrə hazırlaşıdım ki, universitetə qəbul olum. Bir anda fikrim dəyişdi və anladım ki, mən ançaq sevdiyim işi görməliyəm. Məncə, hər kəs sevdiyi işi görməlidir, beləcə, hər kəs öz işini daha yüksək şəkildə görər. Anam çox baxımlı xanım idi. Və o bəzənəndə mən həmişə onu seyr edər, bu sənətə həvəslənərdim. Əlbəttə ki,  bu sənətə gəlmə səbəbim və məndə marağı oyadan tək insan da anam idi. “Sən əla usta olacaqsan” dedi və məni dəstəklədi. Bu gün isə mənim ən böyük dəstəkçim həyat yoldaşımdır.

– Türkiyədə də bu sənətlə məşğul olmusunuz.. Qardaş ölkədə əldə etdiyiniz təcrübə işinizdə çox yardımçı olur?

– Bəli, sizinlə raziyam. Mənim 16 yaşım var idi. Və mən ailəmlə İstanbula köçdüm. Orda saç üzrə peşəkar ustalarla işlədim və çox böyük təcrübəyə nail oldum. 10 il İstabulda işlədim. Daha sonra isə peşəmi Bakıda davam etdirdim.
– İstanbul və Bakının gözəllik, bakım sektoru arasında hansı fərqlər var?
– Fərq ondadır ki,  orada bu sənətə uşaq yaşlarından başlayırlar. Və İstanbul böyük şəhərdir, rəqabət çoxdur. Bunun üçün də orada yeniliyə daha çox üstünlük verirlər

– Xeyli müddətdir Bakıda çalışırsınız. Tanınmışlardan kimlər müştərinizdir?

Gülüstan Əliyeva, Fidan Haciyeva və.s

 

– Saç sahəsində də rəng və stil dəbləri dəyişir. Hazırda hansı rəng çalarları və trendlər dəbdədir?
Qızılı, günəş sarısı, karamel, mis çalarlar və.s

– Hicablısınız…Digərlərinin saçına gözəllik verən birinin öz saçlarını qapatması dini, yoxsa dəb seçimidir? Və bu, işinizə necə təsir edir?
– Allaha həmd olsun hicabı seçməyimin səbəbi imanımdan gəlir ve dinimiz ilə bağlıdır. Bu da müsəlman bir xanımının bir nümunəsidir, işimə isə heç bir mənfi təsiri yoxdur.

– Tələbələriniz də var. Bu sahədə ustad olmaq və tələbələr yetişdirmək necə bir hissdir?

– Bəli, var… Bu, mənim üçün çox qürurverici bir hissdir. Bacarıqlı ustaların yetişdirilməsi mənim üçün bir fəxrdir.

– Azərbaycan xanımları ilə gözəllik və özünə baxım tövsiyələrinizi bölüşməyinizi xahiş edirik

– Azərbaycan xanımları çox gözəldir. Baxımlı olmaq çox pul xərcləmək demək deyil. Tövsiyə edirəm ki, xanımlarımız özlərinə vaxt ayırsınlar,saçlarına vaxtı-vaxtında qulluq etsinlər, həmişə gözəl ve xoşbəxt olsunlar.

– Müsahibə üçün təşəkkür edirik

– Mən sizə sonsuz təşəkkür edirəm gözəl suallar üçün.