Məşhur Finlandiyalı neyrocərrah İslam Kərimovun vəfat tarixi ilə bağlı müəmmalara aydınlıq gətirib.
Azərbaycan 24 xəbər verir ki, təcili olaraq xüsusi təyyarə ilə Helsinkidən Daşkəndə çağrılan Yuxe Xernesniemi hadisənin təfərrüatlarını açıqlayıb.
Məlum olub ki, Özbəkistan bu məşhur həkimə Qazaxıstan vasitəsilə çıxa bilib və cərrah Daşkəndə gətirilib.
Xernesniemi müsahibəsində bildirir ki, o gəlib çatanda artıq gec imiş: “O, faktiki ölmüşdü. Bu beyin ölümü idi”.
Cərrah Kərimovun ölümünün gizlədildiyi ilə bağlı iddiaları da təsdiqləyib: “Tibb mütəxəssislərinin rəyindən sonra hakimiyyət uğrunda mübarizə başladı”.