“Neftçi”nin yeni transferi Saman Nəriman Cahan klubun kanalına müsahibə verib.

Təbriz klubu “Maşinsazi”dən transfer edilən iranlı yarımmüdafiəçi “Neftçi TV”yə açıqlamasında Bakı təmsilçisinə transferindən, özünü burda yaxşı etməsindən və.s məsələlərdən danışıb:

“Ceyhun Sultanovla (idman direktoru) Füzuli Məmmədovun (məşqçi) İranda oynadığını bilirəm. Komandamın məşqçilərindən biri mənə söylədi ki, onlar çox yaxşı insanlardır, klub da çox yaxşıdır. Özüm Azərbaycanı tanıyırdım, yaxından məlumat almaq üçün burada çıxış edən iranlı futbolçular Peyman Babayi ilə Mehdi Şərifidən soruşdum. Onlar “Neftçi”ni təriflədilər. Azərbaycanla bağlı yaxşı sözlər dedilər. Komandada yaxşı qarşılandım. Həm futbolçular, həm də məşqçilərlə klubdaklar mənə isti münasibət göstərdilər. Buna çox sevinirəm, belə xoş münasibət məni ürəkləndirdi. Bu ona görədir ki, burada qəribçilik hiss etməyim. Düzdür, qərib deyiləm, mən də türkəm, burdakılar da. Öz məmkəkətimdə çıxış edirəm. İnşallah, mən də bu yaxşılıqların cavabını oyunumla verərəm”.

Oxumağa dəyər:   "YAP namizədlərinin bu baxımdan üstünlüyü var" - Siyavuş Novruzov