Ermənistanda 2018-ci ilin bestsellerinə çevrilən Nikol Paşinyanın “Yerin əks tərəfi” bioqrafik romanında Azərbaycanla bağlı məqamlara toxunulub.

“Pandukt” jurnalı romanın ölkəmizə aid olan hissələrini dərc edib.

Romanda Nikol Paşinyanın “sülh naminə torpaqları qaytarmağa hazırıq” fikrinə yer verilib.

Ermənistanda üfüq yoxdur, Ermənistanda düzənliklər yoxdur, Ermənistanda nəzərlərini dikə bilməzsən, Ermənistanda baxışınız sizə yetərli gəlir, çünki hansı tərəfə baxsanız bir şeylər görəcəksiniz. Ermənistanda sərhədsiz görə bilmək üçün yalnız bir istiqamət var – yuxarı, səmaya baxmaq, ancaq bu sonsuzluq sizə gerçək gəlməyəcək, çünki sən bu sərhədsizlik istiqamətində gedə bilməzsən, onun hara qədər uzandığını yoxlaya bilməzsən. Sərhədsizlik hissi onun təxminən harada bitdiyini öyrəndiyiniz zaman gerçəkliyə çevrilir.

Və mən Ağdamı xatırladım. Mənim uşaqların dağılmış evlərin arasında qaçışırdılar. Mən isə arvadımla birlikdə bir təpənin üzərində dayanıb şərqə baxırdım. Bu qeyri-adi bir hiss idi: sahibi və müdafiəçisi erməni döyüşçüsü olan bir yerdə dayanmışıq və bu torpaq – düzənlikdir, əsl düzənlik və bu yerdən hər tərəf sərhədsiz görünür. Biz şərqə baxırıq və mənim baxışım Pamir dağlarında dayanır. Mən burada mənimlə bir qandan olan soydaşlarımın arasında dayanıram, burada erməni qanunları hökm sürür, bu düzənlikdir və mənim baxışlarım Pamir dağlarında dayanır. Və mən bu müharibədə iştirak etmədiyim üçün utanıram. Biz arvadımla tamamilə eyni şey barədə düşünürük, ancaq bunu dilə gətirməyə cəsarət etmirik. Sonda o daha cəsarətli olur və fikrini səsləndirir:

Oxumağa dəyər:   "Apple" öz kompüterlərini kənar təmir cəhdlərindən qoruyub

– Bu torpaqları Azərbaycana necə vermək olar?

Biz öz qəzetimizdə sərt xətt tərəfdarlarını tənqid edirik, şənbə-bazar günləri isə özümüz deyirik ki, düşmənə bir qarış torpaq da olmaz. Bu nədir? Yalan? Daha çox qəlbin ağılla qarşıdurmasıdır. Ürək istəyir, arzulayır ki, düzənliklər onun olsun, Pamir mənim baxışlarım altında əzilsin. Ağıl isə belə deyir: parçalara görə bütövü təhlükəyə atmaq olmaz, ən azı bəyan etmək, bərkdən bəyan etmək lazımdır ki, bu sahələr bizə lazım deyil, biz bu torpaqları sülh naminə qaytarmağa hazırıq. Və biz qayıdırıq: düzənlik sona çatır, deməli Ermənistan başlayır.

Hər səhər saat 7-də qırmızı avtobus İcevan bazarının qarşısından Qazaxa gedirdi. Bazar günlərində biz atamla Qazaxdakı su anbarına balıq tutmaq üçün gedirdik. Bax burada Sovet Ermənistanı başa çatır və Sovet Azərbaycanı başlayır. Mən hələdə təbiətin insanların çəkdiyi sərhədlərə necə uyğunlaşdığını başa düşə bilmirəm. Necə ola bilər ki, sərhədin bu tərəfində başqa, digər tərəfində isə başqa təbiət olsun? Axı sərhədləri insanlar təyin edir, təbiət isə sərhədləri tanımır? Daha sonra kənd sakinləri ilə söhbətdən sonra başa düşürəm ki, təbiət sərhədlərə deyil, biz təbiətə uyğunlaşmışıq: Kim bizi təhdid etdisə, biz dərhal bu dağlara sığındıq”, – kənd ahılları deyir. Və bunu sakit şəkildə, çox sakit, elə bil belə də olmalıymış kimi edirlər. Faktiki olaraq bu Ermənistan – vətən deyil, gizlənmək, sığınmaq üçün bir yerdir. Ona görə də burada insanlar gizlənirmiş kimi yaşayırlar, evlərdə isə başqa şeylər danışırlar.

Oxumağa dəyər:   "Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib" - Mədət Quliyev

Bəs Ağdam? Ağdamla bağlı bu necə baş verdi? Bu sualıma cavab olduqca aydın və başadüşüləndir: Ermənistanda insanlar evlərindən çıxdılar, hansı ki, onlar neçə il əvvələ qədər gizlənirdi və budur, onların baxışı dəyişdi.

1 martda səhər mən Azadlıq meydanından qaçdım. Azadlıq meydanı mənə Ağdam kimi göründü. Baqramyan prospektində düzənlik qurtarır və dağa qalxmaq başlayır. Kimsə bizi hədələdi və yenidən qaçırıq, dağlara qaçırıq.

Burada problem ermənilərdə və türklərdə deyil, Allah kömək olsun. Problem hüquqda, qanunsuzluğun kobud gücü qarşısında geri çəkilmədədir problem, sırtıqlıqdır, qalxmaqdadır problem, problem öldürməyə hazır olmaq və öldürülmüş olmaqdadır.

1 martda biz qayıtdıq və ayağa qalxdıq. Nə qədər mümkündürsə, qalxdıq, qalxa biləcəyimizi sübut etmək üçün qalxdıq. Qalxa biləcəyini sübut etmək üçün 1 martda erməni xalqı qaçmadı. O, sübut etdi və evinə qayıtdı.

Çox şeyi sübut edə bilərdi, amma qarşısında dayanan düşmən olmasa da, yad idi. Yad olsa da qardaş idi. 1 martda bizə qarşı çıxan yad deyildi, onu bizi öldürməyə məcbur edən düşüncə idi. 1 martda düşmən gizli idi, bu düşmən bizdən idi və biz bu düşmənə qalib gəldik.

Oxumağa dəyər:   "Bir iş yerində ixtisar varsa, Qarabağ əlili ən son ixtisar edilməlidir” - Siyavuş Novruzov

Mən indi oxuyuram və təəccüblənirəm: Amerika bizi yönləndirirdi, Avropa bizi yönləndirirdi, bizi masonlar yönləndirirdi, Soros… Oxuyuram… və əlimdəki stəkanı divara tullayıram.

Sənin Amerikana da, Avropana da, bütövlükdə və ayrılıqda hər bir ölkənə də, Rusiyana da, masonluğuna və Sorosuna da… Bizi yönləndirə biləcək o xoşbəxt kimdir?..

İstinadlar axar.az