Məmmədyarov erməni həmkarı ilə Nyu-Yorkda görüşəcək

Cari ilin 22 sentyabr tarixində Nyu-York şəhərində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

XİN-in Mətbuat xidmətindən verilən məlumata görə, 23 sentyabrda isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

İstinadlar Qafqazinfo

Məmmədyarov erməni həmkarı ilə Nyu-Yorkda görüşəcək

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.

XİN-dən verilən məlumata görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda baş tutacaq. 

ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşdə iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

İstinadlar Qafqazinfo

Məmmədyarov erməni həmkarı ilə Nyu-Yorkda görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yeni görüşlə bağlı razılığa gəliblər.

Bu barədə XİN sözçüsü Hikmət Hacıyev “Ria-Novosti” saytına açıqlamasında deyib. 

Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəklər. 

Qeyd edək ki, nazirlərin ilk görüşü iyulun 11-i ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Brüsseldə baş tutub. 

İstinadlar Qafqazinfo