Bakıda, Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən Məmmədoğulları kimi tanınan ərazidə partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtotəmir sexində partlayış baş verib.

FHN-in yanğından mühafizə qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerinə baxış keçirilən zaman məlum olub ki, hadisə nəticəsində yanğının baş verməyib, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb.

İstinadlar Qafqazinfo