2024-cü ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin istehsal etdiyi ümumi daxili məhsulun (ÜDM) məcmu dəyəri 900 milyard ABŞ dollarından çox olub ki, bu da qlobal ÜDM-in 1,7 %- deməkdir.

Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, eyni zamanda Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbində bildirib.

Onun sözlərinə görə, ötən il türk dövlətlərinin ümumi iqtisadi artımı 6 % olub ki, bu da qlobal iqtisadi artımı (Dünya Bankı bu göstəricinin 2,7 % olduğunu ehtimal edir) təxminən 2 dəfə üstələyib: “Bu rəqəmlər türk dövlətlərinin davamlı gücləndiyini əyani surətdə sübut edir. Konfederasiyanın türk dövlətlərindəki nümayəndələri də bu tədbirdə iştirak edir və növbəti görüşlərimizin digər üzv ölkələrində keçirilməsi nəzərdə tutulur”.

İstinadlar Report