
Ötən il dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 95 %-ə çatıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2022-ci ildə dövlət satınalmaları 6 milyard 772,1 milyon manat civarında olub ki, bu da 2021-ci illə müqayisədə 12,8 % artım deməkdir.