Azərbaycanda keyfiyyət sahəsinin tənzimlənməsi istiqamətində bu ilin sonuna qədər böyük sıçrayıcı addımlar atılacaq.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

M. Abbasbəyli qeyd edib ki, artıq ölkədə bu sahədə mövcud hüquqi-normativ bazanın təkmilləşdirilməsi istiqamətində müxtəlif layihələr hazırlanaraq hökumətə təqdim edilib:

İstinadlar Report