
Azərbaycan vətəndaş cəmiyyətinin qlobal proseslərə cəlb edilməsi məsələsində nümunəvi ölkədir.
Bunu Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının ikinci günündə jurnalistlərə BMT yanında Sosial İnkişaf üzrə QHT Koalisiyasının rəhbəri Melvin Vaciri bildirib.
“Düşünürəm ki, biz Azərbaycanda yeni bir mərhələyə başlayırıq. Müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti ilə səkkiz illik iş təcrübəmdə ilk dəfədir ki, qlobal vətəndaş cəmiyyəti ilə birgə işləməyə imkan verən platforma çərçivəsində hökumətin qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətə bu qədər açıq şəkildə can atdığını görürəm”, – o qeyd edib.