
Qubada məktəblini maşın vurub.
Hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.
Belə ki, “Ford Fusion” markalı avtomobil piyada keçidindən yolu kecmək istəyən məktəbli 2014-cü il təvəllüdlü Teymurov İmran Rahib oğlunu vurub.
Sürücü Muradov Kənan Rauf oğlu məktəblini Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Uşağın vəziyyətinin ağır oldugu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov