“2020-2021-ci tədris ilində hərbi vətənpərvərlik tərbiyyəsinin təşkili və hərbi idman oyunlarının keçirilməsi üçün hərbi hissələrlə qarşılıqlı əlaqələr” planına uyğun olaraq keçirilən məşğələlər davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Naxçıvan şəhəri və Sədərək rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər.

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən məşğələlərdə məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin və onların hərbi biliklərinin artırılmasının əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları çatdırılıb.

İstinadlar Report