“Hər təhsil müəssisəsində karantin rejiminə riayət etməsi üçün operativ nəzarət üzrə nümayəndə seçilib və qaydalara nəzarəti o tənzimləyir. Həmçinin təhsil müəssisəsinin rəhbərliyi də bu qaydalara əməl olunmasına cavabdehdir. Nazirlik də, yerli idarəçilik orqanları da mütəmadi olaraq məktəbləri monitorinq edəcəklər”. 

Bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O həmçinin qeyd edib ki, karantin rejiminə riayət edilməsi ilə bağlı prosesə məktəblinin dostları da qoşulub: “Dərs bitəndən sonra məktəblinin dostları bizə məlumatlar ötürəcəklər. İstəyirik ki, valideynlərə də maarifləndirici mesajlar ötürək. Bunun üçün məktəblərdə maarifləndirici lövhələr quraşdırılıb”. 

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo