Bakıda ibtidai sinif müəllimini işə gedərkən maşın vurub.

Hadisə Binəqədi rayonunda, 7-ci mikrorayon ərazisindəki “Tayqa” marketin qarşısında baş verib. Qəza 126 saylı orta məktəbin ibtidai sinif müəllimi Təranə Kazımova məktəbə gedərkən qeydə alınıb. Müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza təsdiqləyib. A.Əsgərli bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Piyadavurma faktı ilə bağlı araşdırmalara başlanılıb.

Amin Nəzərli

İstinadlar Qafqazinfo