Meksika Müdafiə Nazirliyinin iki nəqliyyat təyyarəsi Kaliforniyada meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün 30 meksikalı xilasedicini Los-Anceles Beynəlxalq Hava Limanına çatdırıb.

Bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Meksika Müdafiə Nazirliyinə məxsus iki təyyarə “Hercules” və “Sparta” yerli vaxtla saat 13:45-də Los-Anceles beynəlxalq hava limanına çatıb.

İstinadlar Report