Meksikanın qərbində yerləşən Xaliko əyalətində avtobusun divara çırpılması nəticəsində 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə Xalisko əyalətinin Mülki Müdafiə Xidməti bildirib.

Məlumata görə, qəza zamanı avtobusun içərisində fəhlələr olub.

Belə ki, avtobusun əyləc sistemi işləməyib və sürücü idarəetməni itirərək avtobusu yol kənarındakı divara çarpıb.

Nəticədə sürücü də daxil olmaqla 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

İstinadlar Report