Meksikada silahlı şəxslər bir ailənin şənlik mərasiminə silahlı hücum edib.

Məlumata görə, hadisə Mexiko ştatının Koakalko rayonunda qeydə alınıb. Hücum zamanı 5 nəfər öldürülüb, daha 3 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Cinayətkarlar ərazidən qaçaraq gizləniblər.

Daha əvvəl Meksikanın Miçoakan ştatında avtomobildən 5 yanmış meyit aşkar edilib.

İstinadlar Report