Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə “El Universal” məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-qərbində, Sinaloa ştatının Kulyakan şəhəri ərazisində baş verib. Ekskursiya üçün icarəyə götürülmüş avtobusun aşması nəticəsində 35 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

“El Sol de Sinaloa” nəşri isə bildirib ki, hadisə zamanı avtobusda yerli sakinlər və ABŞ turistləri olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Daha əvvəl Meksikada avtobus yaşayış evinə çırpılıb.

İstinadlar Report