Bazar ertəsi Meksikanın Herrero ştatında quldurların müdafiə qüvvələri dəstələrinə hücumu nəticəsində azı 6 nəfər həyatını itirib.

Bu barədə yerli “Excelsior” nəşri yazıb.

Bildirilir ki, pusqu Petatlan bələdiyyəsindəki Əl-Kamaron qəsəbəsi ərazisində qurulub.

Hücumun dəqiq kim tərəfindən edildiyi məlum deyil. Əraziyə ordu və dəniz piyadaları cəlb olunub.

İstinadlar Report