Meksikanın cənubundakı Oaxaka ştatının San Visente Koatlan yaşayış məntəqəsində naməlum şəxslərin bir qrup polisə hücumu nəticəsində 5 asayiş keşiklçisi ölüb, ikisi də yaralanıb.

Bu barədə ştat prokurorluğunun “Twitter” səhifəsində bildirilir.

Hadisə yerindən uzaqlaşan cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

İstinadlar Report