Bazar ertəsi səhər Meksikanın Miçoakan ştatının Sitakuar bələdiyyəsi ərazisində avtomobilin salonundan Tusantla bələdiyyəsinin yerli 5 polis əməkdaşının meyiti taılıb.

Bu barədə “Excelsior” nəşri yazıb

Polislər naməlum şəxslər tərəfindən fevralın 4-də iş növbəsinə başladıqdan sonra oğurlanıblar. Onlar həftə ərzində itkin düşmüş hesab ediliblər.

Tapılan meyitlərin üzərində çoxsaylı odlu silah yaraları olub. Qatillər meyitlərin yanında naməlum tərkibli məktub da qoyublar.

İstinadlar Report