Meksikanın mərkəzindəki Sakatekas ştatının Xeres bələdiyyəsindəki bara naməlum şəxslər silahlı basqın ediblər.

Bu barədə yerli administrasiya “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

İnsidentlə bağlı region prokurorluğu araşdırmalara başlayıb.

İstinadlar Report