Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli “Eurocopter” helikopteri Tabasko ştatının cənub-şərqindəki Sentla bölgəsində qəzaya uğrayıb.

Bu barədə “MILENIO” qəzeti məlumat yayıb.

Qəza nəticəsində ən azı 3 nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib. Qəzanın mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

İstinadlar Report