
Mərkəzi Meksikada 6,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii hadisənin episentri təxminən 137 min əhalisi olan Kolima şəhərindən 88 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 86 kilometr dərinlikdə qeydə alınıb.