
Meksikanın şimalında, ABŞ sərhədi yaxınlığında gizli məzarlıqlarda 56 nəfərin meyitinin qalıqları aşkarlanıb.
Ekshumasiya zamanı meyitlər, tam skeletlər və qismən qalıqlar, həmçinin geyim və güllə gilizləri aşkar edilib. Dəfn yerləri Çiuahua ştatında ABŞ-yə qaçan miqrantların və narkotik qaçaqmalçılarının istifadə etdiyi marşrut boyunca aşkarlanıb. Bu əraziyə “La Linea” cinayət təşkilatı nəzarət edir.
Tapılan şəxslər haqqında indiyədək heç bir məlumat verilməyib. Ölümün vaxtını və səbəbini müəyyən etmək üçün qalıqlar məhkəmə-tibbi ekspertizası üçün laboratoriyaya göndərilib.
Meksikada gizli, kütləvi məzarlıqların aşkarlanması nadir hadisə deyil. Onlara xüsusilə narkotik kartellərinin fəaliyyət göstərdiyi ərazilərdə tez-tez rast gəlinir.345 mindən çox meksikalı itkin düşənlər siyahısındadır.