
Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobus yük maşını ilə toqquşub.
Bu barədə yerli XEVT radiostansiyası məlumat yayıb.
Sərnişin avtobusu Kankundan (Kintana Roo ştatı) Komalkalkoya (Tabasko ştatı) gedirmiş. İlkin məlumata görə, yük maşını qarşıdan gələn zolağa çıxıb və toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi yanıb.
Avtobusda 39 sərnişin olub. Onlardan yalnız səkkizi sağ qalıb.