Meksikanın şərqindəki Veracruz əyalətinin Jalapa bölgəsində avtobus beş avtomobillə toqquşub.

Bu barədə regional fövqəladə hallar idarəsi tvitterdə məlumat yayıb.

Yol qəzasında azı 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Avtomobillərdən biri qəzadan sonra yanıb. Zərərçəkənlər şəhər xəstəxanalarına çatdırılıb, onların vəziyyəti barədə heç bir məlumat verilmir.

İstinadlar Report