
Meksika hakimiyyəti “Sinaloa” narkokartelinin liderlərindən biri Nestor İsidro Peres Salası ABŞ-yə ekstradisiya edib.
Bu barədə ABŞ lideri Co Baydenin Ağ Evin saytında yayılan yazılı açıqlamasında bildirilir.
“Bu gün Meksika hökuməti “El Nini” ləqəbli Nestor İsidro Peres Salası mühakimə olunacağı ABŞ-yə təhvil verdi”, – deyə Bayden cinayətkarın “Sinaloa”nın məşhur kartelində əhəmiyyətli rol oynadığını qeyd edib.
“Amerika Birləşmiş Ştatları onu sintetik opioid fentanil qaçaqmalçılığında, bir çox rəqibini, şahidləri və digərlərini öldürməkdə, işgəncə verməkdə və qaçırmaqda günahlandırır. Ədalət məhkəməsi üçün yaxşı bir gündür”, – o vurğulayıb.
Öz növbəsində ədliyyə naziri – Baş prokuror Merrik Qarlend qeyd edib ki, ABŞ-yə görə Peres Salas “Sinaloa” kartelinin əsas muzdlu qatillərindən biri idi.
“El Nininin Sinaloa kartelinin fentanil istehsalında və ABŞ-yə qaçaqmalçılığında iştirak etdiyindən də şübhələnirik”, – o vurğulayıb.