Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.

RİH başısı Azərbaycanın Meksika ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini və bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. Azərbaycanla Meksika arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan icra başçısı ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini, Neftçala rayonunun iqtisadi və sənaye cəhətdən perspektivli rayon olmasını Meksika səfirinin diqqətinə çatdırıb.

Görüşün sonunda Meksikalı səfirə Neftçala rayonu adından xatirə hədiyyəsi təqdim olunub.

Neftçala rayonunda bir sıra sənaye obyektlərinə və mədəniyyət ocaqlarına baş çəkən səfir Xıllı Nərəbalıqartırma Zavoduna, Azerbaijan Fish Farma baş çəkərək digər sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.

Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət Məktəbində şagirdlərin ifasında maraqlı konsert proqramı izlənilib.

Səfir Neftçalaya səfərindən məmnunluğunu bildirib, Azərbaycanla Meksika arasında bundan sonra da ikitərəfli sıx əlaqələrin qurulmasına aid fikirlərini səsləndirib.

Meksikalı səfir Neftçala rayonuna səfərini başa çatdırıb.




İstinadlar Qafqazinfo